Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edəcək –QƏRAR

Türkiyənin Azərbaycandakı səfirliyində müdafiə sənayesi müşaviri vəzifəsi yaradılır.

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb.

Qərara əsasən, müdafiə sənayesi müşaviri xidmət apardığı ölkədə müdafiə sənayesinə dair prosesləri və buna bənzər mövzuları dəyərləndirib, hesabatlar hazırlayacaq və Türkiyə Müdafiə Sənayesi İdarəsini məlumatlandıracaq.

Ümumilikdə Türkiyənin 9 ölkədəki səfirliyində Müdafiə Sənayesi Müşavirliyi heyəti yaradılacaq və təyinatlar olacaq.

Müdafiə sənayesi müşavirləri Bakı/Azərbaycan, Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Kuala Lumpur/Malayziya, Məsqət/Oman, Dəkkə/Banqladeş, London/Böyük Britaniya səfirliklərinin nəzdində fəaliyyət göstərəcək.

Azərbaycandakı müdafiə sənayesi müşavirinin xidmət sahəsinə həm də Qazaxıstan, Türkmənistan və Özbəkistan daxil edilib.

Əvvəlki məqalə

“Azərbaycanla sülh danışıqlarında irəliləyişi dəstəkləyirik” –

Sonrakı məqalə

Ramzan Kadırovun gəlirləri 14 dəfə azalıb