“Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək” –

Ərdoğanın sözçüsündən açıqlama
26 Oktyabr 2020 - 16:01

“Diplomatiya pərdəsi arxasında işğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq. Qarabağ əvvəl-axır azadlığına qovuşacaq. Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək”.

Bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın “Twitter” hesabında yazıb.

Prezidentin müşaviri İbrahim Kalın Prezident İlham Əliyevə istinadla qeyd edib: “Atəşkəs istəyənlər Ermənistana silah göndərir”.