Türkiyə ilə birgə yaradılmış hökumətlərarası komissiyanın tərkibi dəyişib –SƏRƏNCAM

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, komissiyanın tərkibinə “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri də daxil edilib.

Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin olundu –

Sonrakı məqalə

İbrahim Tatlısəsə həbs cəzası verildi