“İran və Türkiyə arasında sıx əməkdaşlıq regional sülhün və sabitliyin təmin olunması üçün çox mühümdür”.
Azpost.info İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti Rəisi Türkiyənin dövlət başçısı Ərdoğanla telefon danışığı zamanı deyib.
Rəisi bildirib ki, İran və Türkiyə arasında dost və qardaş münasibətləri var.
İran prezidenti tez bir zamanda Tehranda iki ölkə arasında Yüksək Əməkdaşlıq Şurasının 7-ci iclasının çağrılmasının mühüm olduğunu bildirib.
Rəisi iki ölkə arasında geniş əməkdaşlıq imkanlarını xatırladıb.