Türkiyə sahillərində batan gəminin 10 nəfəri Ukrayna vətəndaşıdır

17 Yanvar 2021 - 22:52

Qara dənizin Türkiyə səmtində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan “Arvin” quru yük gəmisində olanlardan 10 nəfəri Ukrayna, digər ikisi isə əcnəbi vətəndaşdır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

XİN-in məlumatında 6 nəfərin xilas edildiyi, iki nəfərin cəsədinin tapıldığı, daha dörd nəfərin axtarışlarının davam etdirildiyi bildirilir.

Ukrayna hadisə yerinə konsulluğun əməkdaşlarını göndərib, hazırda araşdırma davam etdirilir.

İlkin məlumata görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Hazırda Qara dənizdə fırtınalı hava hökm sürür.