Türkiyə və İran XİN nümayəndələri görüşüb –

FOTO
09 Oktyabr 2021 - 08:54

Ankarada Türkiyə və İran Xarici İşlər nazirliklərini təmsil edən heyətlər arasında məsləhətləşmə görüşü keçirilib.

Türkiyə heyətinə xarici işlə nazirinin müavini Sedat Önal, İran heyətinə isə Əli Bagiri Qəni rəhbərlik ediblər.

Türkiyə XİN-in yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlər, Suriya, Əfqanıstan, Qafqaz və Yəmən başda olmaqla beynəlxalq əhəmiyyətli və regional məsələlər ətrafında məsləhətləşmələr aparılıb.