Türkiyədə 103 təqaüdçü admiral Bəyanat imzaladı, sərt etirazla qarşılandı –

Türkiyə rəsmiləri bunu “dövlət çevrilişinə cəhd” adlandırdı
04 Aprel 2021 - 13:16

Türkiyədə təqaüddə olan 103 admiral ölkədə Montrye sazişi ilə bağlı açılan müzakirələrə etiraz olaraq Bəyanat imzalayıb.

Azpost.info bildirir ki, təqaddə olan yüksək çinli hərbçilərin bəyanatı ciddi qalmaqal yaradıb və Türkiyə rəsmiləri tərəfindən pislənilib.

Admirallar bəyanatda bildiriblər ki, Türkiyəni Qara dənizin və Dardanel boğazlarının sahibinə çevriən Montrye sazişi heç bir halda müzakirəyə çxıarıla bilməz.

“Atatürk tərəfindən imzalanan bu saziş təkcə boğazlardan keçməyi qaydaya salan bir saziş deyil. Bu saziş Türkiyəyə İstanbul, Çanakqala, Mərmərə dənizi və boğazlar üzərində tam sahiblik hüququ qazandıran, Lozanna sülhünü tamamlayan böyük diplomatik zəfərdir. Bu saziş 2-ci dünya müaribəsində Türkiyəyə bitərəf qalmağa imkan yaradıb. Bu və buna bənzər səbəblərlə Türkiyə üçün önəmli olan Montye sazişinin müzakirə edilməsinə səbəb olacaq hər bir açıqlama və tənqiddən uzaq durmağın vacibliyi fikrindəyik”- deyə bəyanatda vurğulanır.

Sənəddə Türk silahlı qüvvələri və dəniz qüvvələrinin Atatürkün cızdığı xəttdən uzaqlaşma çabalarını qınayır və əleyhinə olduqlarını vurğulanır.

Türkiyədə təqaüddə olan bir qrup hərbçinin hədələyici siyasi bəyanatı ölkənin ali hakimiyyət orqanlarının rəhbərləri tərəfindən “dövlət çevrilişinə cəhd çağırışı” kimi dəyərləndirilib.

Türkiyə Baş Prokurorluğu bu bəyanatla əlaqədar araşdırma başladıb.

İlk etiraz Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopdan gəlib. Məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən parlamentin rəhbəri belə əsasız, hüquqa zidd bəyanatların yolverilməzliyini bildirərək vurğulayıb ki, sərbəst fikir ifadəsi ilə dövlət çevrilişinə çağırış bir-birindən fərqlidir.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay, ədliyyə naziri Abdulhamit Gül, daxili işlər naziri Süleyman Soylu və digər hökumət üzvləri, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının rəhbər şəxsləri sözügedən bəyanata etirazlarını ifadə ediblər.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu məsələyə sərt reaksiya verib: “Heç kimin şübhəsi olmasın. Qəyyumluq müddəti bitdi! Biz buradayıq! Hodri meydan!.

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, bəyanatda imzası olan admiralların rütbələri çıxarılmalıdır.

Ali hakimiyyət orqanlarının rəhbərləri əminliklə ifadə ediblər ki, Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləməkdə davam edir.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək  hüququ verir.