Ukrayna Moskvadan separatçı “DNR”-in nümayəndəsini danışıqlar prosesindən çıxarmağı tələb edib

Ukrayna Donbasda vəziyyəti tənzimləmək üçün Rusiya ilə birgə yaradılmış üçtərəfli təmas qrupunun tərkibinə qondarma “Donetsk Xalq Respublikasının” təmsilçisi kimi daxil edilmiş Maya Piroqovanın qrupdan çıxarılmasını tələb edib.

Azpost.info UNİAN-a istinadən bildirir ki, bu barədə üçtərəfli qrupun Ukrayna üzrə rəhbəri, sabiq prezident Leonid Kravçuk “Ukraina24” TV-yə müsahibəsində bəyan edib.

L.Kravçuk deyib ki, Maya Piroqova terrorçuluğa görə ittiham olunur və o, tərkibdə qalarsa Ukrayna Donbasla bağlı siyasi təmas qrupunun işində iştirak etməyəcək.

Martın 2-də Ukrayna nümayəndə heyətinin üzvü Sergey Qarmaş deyib ki, Piroqova “ekspert” qismində siyasi təmas qrupunun işində iştirak edib.

Bu addım Minsk sazişinin pozulmasıdır.

Rusiya M. Piroqovanı danışıqlar prosesindən çıxarmaqdan imtina edib.

Mariya Piroqova 2007-ci ildə mənzil fırıldağı ilə bağlı ittiham olunub. 2018-ci ildə isə terrorçuluğa görə qiyabi məhkum edilib. Onun adı silahlı dəstə arasında əlaqəçi və Ukrayna əleyhinə təbliğatçı kimi məlumat bazasına daxil edilib.

Piroqova separatçı “DNR”-in “informasiya nazirliyinin” “departament direktoru” postunu tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Türkiyədə 103 təqaüdçü admiral Bəyanat imzaladı, sərt etirazla qarşılandı –