Türkiyədə 3 hərbçi şəhid olub

11 Sentyabr 2020 - 19:28

Türkiyə Daxili İşlər Nazirliyinin Jandarm QÜvvələrinin 3 əməkdaşı Van vilayətində şəhid olub.

 DİN yaydığı açıqlamada bildirilib ki, hadisə “Yıldırım -10 Norduz” terrorçuların zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyat zamanı baş verib. Vanın Çatak mahalında 3 terrorçu məhv edilib.

Əməliyyat zamanı bir jandarma kapitanı və 2 jandarma çavuşu şəhid olub, bir jandarma podpolkovniki isə yaralanıb. (APA)