Türkiyədə Azərbaycandan gedən yanğınsöndürənlərə təşəkkür etdilər

“Bu gün Muğla meşələrində yanğın söndürmənin artıq 3-cü günündəyik və yanğını nəzarət altına aldıq”.

Bunu APA-nın hadisə yerinə ezam olunmuş müxbirinə Türkiyənin Muğla bölgəsində meşə iradəsinin müdiri Yasin Yaprak deyib.

Yasin Yaprak bildirib ki, ilkin məlumatlara əsasən meşədə 1500 hektar civarında yanğın olub:

“Ancaq detallı məlumatlar yanğından sonra olacaq. Çox şükür ki, itkilərimiz çox deyil.

3 kənd boşaldılıb. Bu kəndlərin hərəsində də 4-5 ev zərər görüb. Yanğının baş verdiyi ilk gün bir vətəndaşımız yanğınsöndürənlərə dəstək olarkən həyatını itirib. Allah rəhmət eləsin. İndi isə yanğın qismən nəzarət altındadır. Günün sonuna kimi tam nəzarət altına alacağımızı düşünürük”.

Yasin Yaprak Azərbaycandan gedən yanğınsöndürənlərə xüsusi təşəkkür etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub –

Sonrakı məqalə

Türkiyədə meşə yanğınları –