Türkiyədə meşə yanğınları –Azərbaycan yanğınsöndürənləri alovların ortasında qaldı (VİDEO)

Türkiyədəki şiddətli meşə yanğınlarını söndürmək üçün köməyə gedən Azərbaycan yanğınsöndürənləri yanğının küləyin təsiri ilə sürətlə istiqamət dəyişdirməsi nəticəsində qəfildən alovların ortasında qalıb. Virtualaz.org xəbər verir ki, bu dramatik kadrları Türkiyə KİV-ləri yayıb.

Mobil telefonla çəkilən görüntülərə əsasən Marmaris bölgəsinə bağlı Armutalan məhəlləsində yanğınsöndürmə fəaliyyətləri həyata keçirən Azərbaycan yanğınsöndürənləri alovun qəfildən onları əhatə etməsi nəticəsində son anda xilas ola bilirlər. Yanğınsöndürənlərdən biri ləvazimatların da alovların ortasında qaldığını deyir. “Vertolyot lazımdır, alovlar sürətlə bu tərəfə yayılır”,-türkiyəli yanğınsöndürənlərdən biri deyir.

Qrup alovların arasından çıxıb təhlükəli bölgəni tərk etmək istəyərkən kiminsə yanğının ortasında qaldığını eşidir və yanğınsöndürənlər dərhal həmin adamı xilas etmək üçün özlərini yanğının ortasına atırlar. Türkiyə KİV-ləri qeyd edir ki, Azərbaycan yanğınsöndürənləri peşəkar, soyuqqanlı davranıblar və xəsarət almadan təhlükəli bölgədən uzaqlaşa biliblər.

Xatırladaq ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə köməyə yanğınsöndürənlərin 105 nəfərdən ibarət ilk qrupunu iyulun 30-da axşam göndərmişdi. Dünən isə FHN yanğınsöndürənlərin daha bir qrupunu və 50-dən çox yanğınsöndürən maşını Türkiyəyə köməyə göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə Azərbaycandan gedən yanğınsöndürənlərə təşəkkür etdilər

Sonrakı məqalə

Tiflisdə yoxa çıxan Avstraliya vətəndaşı ölü tapılıb –