Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində azı 23 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Son məlumatlara görə, zəlzələdən sonra Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəsarət alıb”, – deyə o,”X” (“Twitter“) hesabında bildirib.
O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.
Malatya vilayətində 5,3 maqnitudalı baş verən zəlzələ nəticəsində bir tərk edilmiş bina dağılıb.
Zəlzələ yerli vaxtla saat 20:48-də 7 km dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.