Türkiyədə bina çöküb –

Binanın altında 20 nəfərin qaldığı ehtimal edilir
09 Noyabr 2021 - 19:10

Türkiyənin Malatya şəhərində ikimərtəbəli bina çöküb, yaralılar var.

Hadisə Malatyanın İnönü küçəsində kafe və dükan yerləşən köhnə tikintidə baş verib.

Malatyada çökən binanın dağntıları altından çıxarılan yaralıların sayı 10-a çatıb. Daha 2 nəfərin isə xilas edilməsi üçün işlər aparılır.

Malatya vadisi Aydın Baruş açıqlamasında bildirib ki, binanın dağıntıları altında 20-dək insanın qaldığı ehtimal edilir: “Hadisəni araşdırırıq. İnşallah, sağlıqlı şəkildə vətəndaşlarımızı xilas edəcəyik”.

Ərazidə xilasetmə işləri davam etdirilir.