Türkiyədə bina çöküb –Binanın altında 20 nəfərin qaldığı ehtimal edilir

Türkiyənin Malatya şəhərində ikimərtəbəli bina çöküb, yaralılar var.

Hadisə Malatyanın İnönü küçəsində kafe və dükan yerləşən köhnə tikintidə baş verib.

Malatyada çökən binanın dağntıları altından çıxarılan yaralıların sayı 10-a çatıb. Daha 2 nəfərin isə xilas edilməsi üçün işlər aparılır.

Malatya vadisi Aydın Baruş açıqlamasında bildirib ki, binanın dağıntıları altında 20-dək insanın qaldığı ehtimal edilir: “Hadisəni araşdırırıq. İnşallah, sağlıqlı şəkildə vətəndaşlarımızı xilas edəcəyik”.

Ərazidə xilasetmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada ölkədə 1855 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Sonrakı məqalə

Ermənistan Kəlbəcər istiqamətində mühəndis texnikalarımızı atəşə tutub