“Türkiyədə böyük yanğınların hamısı söndürülüb” –

Meşə və kənd təsərrüfatı naziri
12 Avqust 2021 - 12:19

“Türkiyədə 15 gün davam böyük miqyaslı meşə yanğınları söndürülüb”.

Bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün “Twitter” səhifəsində yazıb.

Nazir Muğlanın Göyçeğiz rayonundakı yanğının da nəzarətə alındığını qeyd edib.

B. Pakdemirli bu yanğınların Türkiyə tarixində ən böyük meşə yanğınları olduğunu deyib.

“28 iyulda başlayan, 15 davam edən və tariximizdə ən böyük meşə yanğınlarının sonuncusu olan Muğla Köycegiz yanğınını da meşə qəhrəmanlarının böyük səyi nəticəsində nəzarət altına ala bildik.

Beləliklə, ölkəmizdə baş vermiş böyük yanğınların hamısını söndürmüş olduq. Bu böyük fəlakətdə əziz millətimizlə də meşə üçün tək ürək olduq. Minnətdarıq. Başda hörmətli Prezidentimiz olmaqla, bizə dəstəyini əsirgəməyən ölkələrə, ictimai qurumlara və təşkilatlara, QHT-lərə təşəkkür edirik. Canımız yandı, nəfəsimiz yandı. Birlikdə cücərdəcəyik. Əmin olun”, – deyə nazir qeyd edib.