Türkiyədə FETÖ-çulara qarşı əməliyyat keçirilib –

184 hərbçi saxlanılıb
23 Mart 2021 - 10:30

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Türkiyənin İzmir Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatlarda 184 hərbiçinin saxlanılmasına qərar verilib. Onlardan 123-ü hazırda TSK-da fəaliyyətdə olan hərbiçilərdir.

Əməliyyatlar Türkiyənin 53 vilayətində paralel keçirilir.