Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 116 hərbçi həbs edilib

12 Dekabr 2020 - 18:04

FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 304 hərbçinin saxlanılması üçün dekabrın 8-də başlayan və Türkiyənin 50 vilayətində paralel şəkildə keçirilən əməliyyatlar davam edir.

Əməliyyatlar nəticəsində indiyədək saxlanılan 278 hərbiçidən 116-sı barəsində həbs qətimkan tədbiri seçilib. Onlardan 60-ı terror təşkilatı ilə əlaqəsi olduğunu etiraf edib.

Xatırladaq ki, bu, Türkiyə Silahlı Qüvvələrində FETÖ üzvlərinin saxlanılması istiqamətində indiyədək keçirilən ən böyük əməliyyatdır. Aralarında yüksək rütbəli zabitlərin də olduğu həmin şəxslərin 295-i hazırda fəaliyyətdə olan hərbçilərdir.

Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam edir.