Türkiyədə FETÖ üzvlərinə qarşı geniş əməliyyat keçirilib –

52 hərbçi həbs edilib
19 İyun 2021 - 08:59

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.

Mərkəzi İstanbul olmaqla ölkənin 17 vilayətində paralel keçirilən əməliyyat nəticəsində barəsində həbs qətimkan tədbiri seçilmiş 52 hərbçidən böyük əksəriyyəti saxlanılıb. Onların altısı hazırda TSK daxilində fəaliyyətdə olan hərbçilərdir.

Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.