Türkiyədə mənzillərin kirayə qiymətlərinin yüksək olması səbəbindən yaranan mənzil böhranı dərinləşir. Ev sahibləri və kirayəçilər arasında cinayət və məhkəmə prosesləri artır. Avqust ayında ölkədə kirayə mənzillərin qiyməti ötən ilki eyni dövrlə müqayisədə 137 faizdən çox artıb.
Azpost.info bildirir ki, bu barədə “Aydınlık” qəzeti yazıb.
Türkiyə hökuməti yüksək inflyasiya şəraitində mənzil kirayəsinin artımını 25 faizlə məhdudlaşdırmaq barədə qərar vermişdi. Bu da kirayəçilərlə müstəqil müqavilə bağlamağı müdafiə edən ev sahiblərinin kəskin narazılığına səbəb olmuşdu. Qərarın müddəti bu il uzadılıb.
“Kirayə haqqı ilə bağlı yaranan mənzil böhranı davam edir. 25 faiz məhdudiyyətinə baxmayaraq, ev sahibləri inflyasiyanı əsas gətirərək kirayəçilərindən kirayə haqqını daha yüksək nisbətdə artırmağı xahiş edirlər. Demək olar ki, hər gün ev sahibi ilə kirayəçi arasında gedən məhkəmə çəkişmələri mətbuatda öz əksini tapır”.-yazan nəşr qeyd edir ki, Türkiyədə 2018-ci ilin avqust ayından başlayaraq beş il ərzində mənzil kirayələrində nominal artım orta hesabla 891,67% təşkil edib.
İstehlakçılar Birliyi Federasiyasının (TBF) işçi qrupunun rəhbəri Yunus Emre Bitmez deyib ki, icarədar ilə kirayəçi arasındakı problemin getdikcə daha da dərinləşir: “Əgər 2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabrına qədər keçirilən ictimai rəy sorğuları mənzil probleminin dərinləşdiyini göstəribsə, son bir ildə açılan məhkəmə iddialarının sayında kəskin artım və icarədarlar və kirayəçilər arasında cinayət çəkişmələri həyəcanverici həddə çatıb. İctimai rəy sorğusunun nəticələrinə görə, ölkəmizdə əhalinin yarıdan çoxu kirayədə yaşayanlardır. Hər 10 nəfərdən 7-nin kirayəni və girov pulunu ödəmək üçün kifayət qədər maliyyə imkanları yoxdur. Ailənin gəlirinin yarısı kirayə haqqını ödəməyə gedir. 10 nəfərdən 7-si kirayə haqqının məbləği ilə bağlı ev sahibi ilə mübahisə edib. Ev sahibi ilə mübahisə edən kirayəçilərin demək olar ki, hamısı kirayə haqqının 75-100% artırılmasını tələb edirdi”.
Türkiyədə bir sıra ekspertlər və media ölkədə kirayə qiymətləri probleminin tezliklə sosial böhrana çevriləcəyini bildirir. Ev sahibləri daha baha qiymətə icarəyə götürmək üçün keçmiş kirayəçilərini çıxarmağa çalışırlar. Kirayəçilər də büdcələrinə uyğun kirayə mənzil tapmaqda çətinlik çəkirlər.
Azpost.info