Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 17 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 49 190 şübhəli koronavirus testindən keçib, onlardan 987-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4763 nəfər ölüb, 174 023 nəfər bu infeksiyaya yoluxub, 147 860 nəfəri isə müalicə olunub. Nazir bildirib ki, intensiv terapiyada olan xəstə sayı azalıb, evə buraxılan xəstə sayı isə artıb. Bu gün daha 1021 xəstə sağalaraq evə buraxılıb. (APA)