Aİ və Azərbaycan arasında yeni sazişin imzalanmasının gecikmə səbəbi açıqlanıb

“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni sazişin imzalanmasının gecikməsinin səbəbi aviasiya sektoru və aviasiya sənayesinin dövlət mülkiyyətində olması ilə bağlıdır”. 

Bunu Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli bu gün Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin videokonfransından sonra keçirilən mətbuat konfransında APA-nın sualına cavab olaraq deyib.

O bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar Aİ və Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində aparılan işlər müvəqqəti dayandırılıb: “Təəssüf ki, böhran bu sahədə işləri dayandırdı, lakin əlbəttə biz tezliklə bu məsələ ilə bağlı fəaliyyətimizə davam edəcəyik”. Varheyli qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv digər ölkələrlə də viza sadələşdirilməsi ilə bağlı Aİ-nin şərtləri aydındır və əgər ölkələrdən biri bununla bağlı müraciət edərsə, ittifaq bununla məşğul olacaq: “Viza sadələşdirilməsinə və ya digər ölkələrlə də sərhədlərin açılmasına gəlincə isə düşünürəm ki, bizim şərtlərimiz aydındır. Əgər bizə bu cür təkliflə müraciət edilsə, əlbəttə biz bununla məşğul olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tarixin və xalqın unutmadığı ictimai xadim –

Sonrakı məqalə

Türkiyədə koronavirus infeksiyasına yoluxma sayı 174 mini keçib