Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini keçib

30 Aprel 2020 - 20:51

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 93 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 42 004 şübhəli koronavirus testindən keçib, onlardan 2615-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3174 nəfər ölüb, 120 204 nəfər bu infeksiyaya yoluxub, 48 886 nəfəri isə müalicə olunub. Bu gün 4846 xəstə evə buraxılıb.

Fəxrəddin Qoca qeyd edib ki, Türkiyədə aparılan test sayı 1 milyonu keçib: 1 033 617 nəfər koronavirus testindən analiz olunub.