Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb-

4 nəfər bu virusdan ölüb
20 Mart 2020 - 10:22

Türkiyədə koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 1981 nəfərin analiz nəticələrində 191-nin cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb.