Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 92 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 150 141 şübhəli koronavirus testindən keçib, onlardan 3116-nın cavabı pozitiv çıxıb, 2298 xəstə isə sağalaraq evə buraxılıb.