Türkiyədə müvəqqəti yaşayış hüququ olmayan əcnəbilərin nikahı qeydə alınmayacaq

Türkiyədə müvəqqəti yaşayış hüququ olmayan xarici ölkə vətəndaşları bundan sonra nikah bağlanması üçün müraciət edə bilməyəcəklər.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi yanında Əhali və Vətəndaşlıq Məsələləri Baş İdarəsi müvafiq qərar qəbul edib.

Sənədin mətnində 2000-ci illərin əvvəllərindən əcnəbi vətəndaşlar tərəfindən fəal şəkildə istifadə edilən Türkiyə vətəndaşlığının nikah yolu ilə daha asan əldə edilməsinin mümkünlüyünə diqqət çəkilir.

İdarə qeyd edib ki, bundan sonra yalnız ölkədə qanuni yaşayış hüququ olan əcnəbilər Türkiyədə nikah üçün ərizə verə bilərlər.

Üstəlik, tələb təkcə Türkiyə vətəndaşı ilə ailə qurmaq istəyən əcnəbilərə deyil, həm də hər iki müraciət edənin xarici vətəndaşlığa malik olduğu hallara şamil edilir.

Sərəncam Türkiyənin bütün vilayətlərinin müvafiq idarələrinə göndərilib(azərtac).

Əvvəlki məqalə

“Növbəti müsbət addımların şahidi olacağıq”

Sonrakı məqalə

Gürcüstanla Azərbaycan əməkdaşlığı yeni miqyasa keçirməyə başlayır