Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Pegasus” aviaşirkətinə məxsus “Boeing 738” layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb.
Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib.
Qəza səbəbindən Sabiha Gökçen hava limanı fəaliyyətini dayandırıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.
Türkiyə Nəqliyyat Nazirliyi təyyarədə 171 sərnişin və 6 ekipaj üzvünün olduğunu, heç bir tələfat qeydə alınmadığını açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.