SSRİ-nin ilk nüvə çamadanı –Brejnevin qəbul otağında qırmızı düymə niyə işləməyib? (FOTO)

 Bu, SSRİ-nin ilk nüvə çamadanıdır. 1982-ci ildə Sovet dövlətinin rəhbəri Leonid  Brejnev üçün hazırlanıbmış.

Azpost.info bildirir ki, bu fotonu tanınmış jurnalist Yadigar Cəfərli paylaşıb.

Brejnev 1982-ci ildə vəfat etdiyindən çamadanı ilk dəfə yanında gəzdirmək 1984-cü ildə Konstantin Çernenkoya qismət olub.
Bu çamadanları nüvə dövlətlərinin rəhbərləri özləri gəzdirmir. Bundan ötrü xüsusi zabit-operatorlar var. Maraqlıdır ki, Rusiyada nüvə çamadanı rabitə qoşunlarına aid olsa da, onu daşıyan zabit indi də hərbi-dəniz qüvvələrinin mundirini geyinir. Bu ənənənin əsasını SSRİ prezidenti Mixail Qorbaçovun arvadı Raisa Qorbaçova qoyub. O, ABŞ-a səfərində bu formanı görüb, SSRİ-də də belə olmasını istəyib.
SSRİ-nin ilk nüvə çamadanı ilə bağlı ən maraqlı xatirə isə bu idarəetmə sistemini düzəldənlərdən biri – Valentin Qolubkova məxsusdur. V.Qolubkov müsahibəsində deyib ki, 1982-ci ildə çamadanı Brejnevə göstərmək üçün Kremlə gətirdik: “Qəbul otağında əyləşmişik, bir azdan içəri keçəcəyik, kimsə təklif edir ki, gəlin, aparatı sonuncu dəfə yoxlayaq, belə də edirik və… çamadan işləmir. İndi özünüz durumu təsəvvürə gətirin. Amma Allahdan olan kimi bir neçə dəqiqədən sonra növbətçi çıxıb deyir ki, rəhbər bu gün sizi qəbul edə bilməyəcək. Gedə bilərsiniz”.

“Tarixdə ilk dəfə olaraq Rusiyanın “Звезда” telekanalı ötən ilin dekabrında nüvə çamadanını açaraq bütün xırda detallarına qədər göstərib. Amma bu çamadan çoxdan muzeylikdir. Hətta Boris Yeltsinə aid nüvə çmadanı da hazırda onun adını daşıyan mərkəzdə eksponat kimi nümayiş etdirilir. Çünki informasiya texnologiyaları inkişaf etdikcə, nüvə dövlətlərinin çamadanları da yenilənir”-deyə Y.Cəfərli qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tələbələrin köçürülməsi üzrə müraciətlərin sayı

Sonrakı məqalə

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı –