Türkiyədə son 24 saatda koronavirusdan 77 nəfər dünyasını dəyişib

22 Fevral 2021 - 08:35

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 77 nəfər vəfat edib.

Anadolu agentliyi xəbər verir ki, son 24 saatda 101 min 105 nəfər test olunub, simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 min 546 nəfər COVID-19 infeksiyasına yoluxub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 milyon 638 min 422 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 milyon 523 min 760 nəfər sağalıb, 28 min 60 nəfər isə həyatını itirib.