“Türkiyədə son 24 saat ərzində 2861 nəfər koronavirusa yoluxub”.
Anadolu xəbər agentliyi xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O qeyd edib ki, son sutka ərzində yoluxanlardan 106 nəfər ölüb: “Ümumilikdə ölkə üzrə yeni virusa yoluxanların sayı 107 min 773 nəfərə çatıb. Bu xəstəlikdən həyatını itirənlərin sayı isə 2706 nəfər olub”.