Türkiyədə qəza zamanı xəsarət alan daha bir nəfər həyatını itirib.
APA Anadolu agentliyinə istinadən bildirir ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğradıqdan sonra Niğde Ömər Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralılardan 1 nəfəri müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.
Bölgədəki müxtəlif xəstəxanalarda 41 yaralının müalicəsi davam edir.