Türkiyəli hücumçu Azərbaycan millisində oynamaqdan imtina edib

22 İyul 2020 - 13:06

Almaniyanın “Darmştadt” klubunun formasını geyinən hücumçu Sərdar Dursun Azərbaycan millisində çıxış etmək təklifi alıb.

Apasport.az saytının məlumatına görə, bunu 29 yaşlı forvard özü Türkiyə mətbuatına açıqlamasında bildirib.

O deyib ki, AFFA-dan gələn təklifdən imtina edib: “Azərbaycan millisində oynamaq üçün təklif almışam. Görüşümüz olub. Yığma komandalarında məni görmək istədiklərini dedilər. Amma mən Türkiyənin əsas millisində oynamaq istədiyimi bildirdim”.

Qeyd edək ki, Sərdar Dursun 2018-ci ildən Bundesliqa II-də mübarizə aparan “Darmştadt”da çıxış edir.