Türkiyənin 5 vilayətində 13 yerdə yanğınlar davam edir

07 Avqust 2021 - 11:17

Türkiyədə son 10 gündə 47 vilayətdə 209 yanğın nəzarətə alınıb.

Bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün “Twitter” səhifəsində yanğınların son vəziyyətilə bağlı paylaşdığı məlumatda bildirib.

Nazir Muğlada 8 yerdə (Marmaris və Milas rayonlarının hər birində iki yanğın, Kavaklıdere, Yılanlı, Seyidkemer və Yatağanda bi yanğın), Aydında 2 yerdə (Karacasu, Bozdoğan), İspartada (Sütçüler), Karabürkdə (Mərkəz) və Burdurda (Gölhisar) hər birində bir yanğın olmaqla, ümumilikdə 13 yerdə yanğınların söndürülməsi və qarşısının alınması üçün mübarizənin davam etdirildiyini bildirib.