Türkiyənin müdafiə naziri Qarabağda döyüş təlimini izləmək üçün Bakıya gəldi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Azərbaycanda səfərdədir.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazir “Mustafa Kamal Atatürk-2023” təlimini izləmək və ikitərəfli görüşlər keçirmək üçün Bakıya gəlib.

Türkiyəli naziri Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qarşılayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.