Türkiyənin Ukraynadan taxıl ixracına dair “B planı”ndan xəbəri yoxdur

“Türkiyənin ABŞ-ın Ukraynadan taxıl ixracına dair “B planı”ndan xəbəri yoxdur”.

Azpost.info xəbər verir ki, bunu İstanbuldakı danışıqlardan xəbəri olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, İstanbul müqavilələri qüvvədədir, onlar çərçivəsində iş gedir.

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer CNN-ə bildirib ki, Vaşinqton Moskvanın İstanbul razılaşmasına əməl edəcəyinə etibar etmədiyindən Ukraynadan taxıl ixracı üçün “B planı” hazırlayır.

Azpost.info

Əvvəlki məqalə

“Bir sıra regionlarında yol-cizgi işarələri, silinmiş nişanlanma xətləri bərpa olunur”

Sonrakı məqalə

Polşa hökuməti keçmiş prezidentin təhlükəsizliyini gücləndirib