Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb

27 İyun 2021 - 13:16

Bu ilin may ayında Türkiyəyə 18 819 Azərbaycan vətəndaşı səfər edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə çoxdur.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat verib

May ayında Türkiyəyə gələn əcnəbilərin ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2,01 faiz təşkil edib.

Eyni zamanda yanvar-may aylarında 91609 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,46 faiz azdır.

Yanvar-may aylarında Türkiyəyə gələn əcnəbilərin ümumi sayındakı Azərbaycan vətəndaşlarının payı 2,49 faiz təşkil edib.

Nazirliyin məlumatına görə, may ayında Türkiyəni 936 282 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayına nisbətən 30 dəfə çoxdur.

Yanvar-may aylarında Türkiyəni 3,68 milyon turist ziyarət edib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 14,27 faiz azdır.