Türkiyəyə raket hücumu –

Yaralılar var
02 Mart 2020 - 11:44

Türkiyənin Ağrı bölgəsində Gürbulak Gömrük İdarəsinə aid nəqliyyat vasitəsinə raket hücumu olub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Raket hücumu nəticəsində yaralıların olduğu bildirilir. İran sərhədi yaxınlığında baş verən hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları, axtarış-xilasetmə və jandarma dəstələri cəlb olunub.