Türkiyə ərazisində 5,1 bal gücündə zəlzələ baş verib

Egey dənizində Türkiyənin Muğla vilayətinin Datça rayonu ərazisində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 23:28-də qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub. Ocağı dənizin 2,51 kilometr dərinliyində olan zəlzələ yerli əhali arasında təşvişə səbəb olub. Dağıntı və xəsarət alanlarla bağlı hazırda məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden sentyabrın 11-dək ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir

Sonrakı məqalə

Çempionlar Liqasının yarımfinalçıları məlum olub