“Türkiyə ABŞ-dan F-16-ları ala bilməsə, öz başına çarə qılacaq”- ƏRDOĞAN

“Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı həll olunmamış problem var”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun fikrincə, bu gün Türkiyə-ABŞ əlaqələri ideal səviyyədə deyil: “Ankara ilə Vaşinqton arasında ticarətin həcmi indiki kimi olmamalıdır. Müdafiə sənayesində də istədiyimiz səviyyədə deyilik. Məsələn, F-16 ilə bağlı həll olunmamış bir məsələmiz var. Müəyyən siyasi qərarlar verilir ki, bunun da nəticəsində Türkiyəyə qarşı məhdudiyyətlər tətbiq edilir. Bu, iki dost ölkəyə o qədər də uyğun deyil”.

Ərdoğanın sözlərinə görə, Ankara qırıcıları almasa belə, öz qeydinə qala biləcək: “Türkiyə F-16-larla bağlı ABŞ-dan nəticə əldə edə bilməsə, nə edəcək? Təbii ki, öz başına çarə qılacaq”.

İyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə F-16 qırıcılarının satışına qoyulan məhdudiyyətləri dəstəkləyib. Buna Türkiyənin Rusiyadan S-400 “Triumf” zenit-raket kompleksləri alması səbəb olub.

Azpost.info

Əvvəlki məqalə

Uşaqlar arasında yayılan virusla bağlı

Sonrakı məqalə

“Ukraynada vəziyyətin dinc yolla həlli perspektivi nəzərdən keçirilmir” –