Türkiyə, Azərbaycan və İran parlament sədrləri nəyi müzakirə edib?

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun rəhbərliyi ilə Türkiyə, Azərbaycan və İran parlament sədrlərinin üçtərəfli görüşü keçirilib.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Görüş Antalyada keçirilən Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində baş tutub.

TBMM sədri Mustafa Şəntop bidirib ki, regional məsələlərin həllində bölgə dövlətlərinin öz aralarında dialoqu davam etdirməsi vacibdir.

Şentop parlamentarilər tərfindən bu cür danışıqların daimi struktura çevrilməsinin vacibliyini bildirib.

O, xarici işlər nazirləri səviyyəsindəki görüşləri bu istiqamətdə öndə olan addım kimi qiymətləndirib:

“Üç qardaş ölkənin parlament sədrləri olaraq bir araya gəlməyimiz regionda sülh, sabitlik və əmin-amanlığın gücləndirilməsində ortaq iradəyə malik olduğumuzu göstərir”.

Azərbaycan-Ermənistan məsələsinə toxunan Şentop Türkiyənin Azərbaycanı dəstəklədiyini, həmçinin Ermənistanla normallaşma prosesinə başlanıldığını xatırladıb.

“Biz regional və qlobal sülhün bərqərar olması üçün qüvvələrimizi birləşdirməliyik. Bu yanaşma həm də bizim regiondakı problemlərin qarşılıqlı dialoq və əməkdaşlıq əsasında həll edilməsinə dair baxışımızdır. Əslində bizim regional normallaşmaya baxışımız heç bir kənar müdaxilələrin olmamasını təmin etməkdir. Bunun reallaşması üçün regionda əlavə gərginlik, etibarsızlıq və tərəddüd yaradacaq addımlardan qaçmaq daha məqsədəuyğundur. Buna nail ola bilməsək, növbəti tarixi fürsət boşa çıxacaq”, – deyə Şəntop vurğulayıb.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslami Şura Məclisinin sədri Qalibaf da üçtərəfli formatın davam etdirilməsini dəstəkləyiblər.

Bundan sonra növbəti görüşün Bakıda və ya Tehranda keçirilməsi razılaşdırılıb.

Əvvəlki məqalə

“İran hakimiyyəti bütün edamları dərhal dayandırmalıdır”

Sonrakı məqalə

Bayden Lula de Silvaya zəng vurdu, Braziliyada iğtişaşları pislədi