“Türkiyədən kömək gözləyirik…”- Zelenski yardım gözlədiyi ölkələri sadaladı

“Biz Türkiyədən, Cənubi Koreyadan daha çox kömək istərdik. Ərəb dünyasından və Asiyadan da…”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Reuters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna əks-hücum əməliyyatına başlamasaydı, ölkəsinə silah tədarükü azalacaqdı: “Düşünürəm ki, bu, bəzi ölkələrin qərarlarına təsir etmiş və ya təsir edəcək çox mühüm addımdır”.

Zelenski onu da qeyd edib ki, nasist keçmişinə görə Almaniyanın Ukraynanı silahla təmin etməsinə mane olan müəyyən psixoloji baryerlər var.

Azpost.info

Əvvəlki məqalə

KTMT-dən Qırğızıstan-Tacikistan sərhədində gərginliklə bağlı

Sonrakı məqalə

Sərhəd döyüşləri zamanı daha 2 hərbçimiz şəhid olub – SİYAHI