“Türkiyə Azərbaycan səfirliyinə hücumun araşdırılması və müvafiq məlumatların verilməsində İranın Azərbaycanla əməkdaşlıq etməsini gözləyir”.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Biz qonşumuzdan – İrandan bu terror aktı ilə bağlı Azərbaycan tərəfi ilə əməkdaşlıq gözləyirik. Bunun arxasında kim dayanır, bu əməl niyə törədilib? Bu məsələ ilə bağlı açıq məlumat mübadiləsinə ehtiyac var”, – Çavuşoğlu deyib.
O, insidentdə iştirak edənlərin məhkəmə qarşısına çıxarılmalı olduğunu bildirib.
Nazir qardaş Azərbaycana bir daha başsağlığı verdiyini deyib.
Azpost.info
