“Prezidentliyə namizəd ola bilməyim üçün hüquqi əngəl yoxdur”- ƏRDOĞAN

“Dövlət başçısı postuna namizədliyimi irəli sürmək üçün hüquqi əngəl yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bununla da Türkiyənin 2018-ci ildə parlamentdən prezident üsul-idarəsinə keçidindən sonra üçüncü müddətə namizəd olmaq hüququnun olmaması ilə bağlı müxalifətin bəyanatlarına cavab verib.

“Türkiyə 2018-ci il seçkilərində yeni hökumət sistemini seçdi. Vaxt sıfırlandı. 2018-ci ildə seçilən prezident yeni hökumət sisteminin ilk prezidentidir”, – Ərdoğan bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Sonrakı məqalə

“Türkiyə İrandan Azərbaycan səfirliyinə hücumla bağlı məlumat gözləyir”