Türkiyə-İsveç danışıqları dalana dirəndi- PKK bayrağı ilə bağlı qalmaqaldan sonra

“NATO-ya üzvlük prosesi ilə bağlı Türkiyə ilə danışıqlar Sol partiyadan olan deputatların PKK bayrağını qaldırmasından sonra daha da çətinləşib”.

Azpost.info xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde deyib.

“Türkiyə mediası bu və buna bənzər hadisələri daim işıqlandırır. İsveç qanunlarına görə, bu, söz azadlığıdır. Lakin düşünürük ki, bu, hökumət üçün çox uyğun olmayan bir vəziyyətdir”, – Linde bildirib.

O əlavə edib ki, nümayəndə heyətlərinin sonuncu görüşü avqustun 26-da İsveçdə keçirilməli idi. Lakin görüş bir sıra səbəblərdən Finlandiyada keçirilməli oldu.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi” ilə bağlı tutulanların həbs müddəti uzadılıb

Sonrakı məqalə

“Yaponiya üçün yeni təhlükəsizlik təhdidi yaranıb”