“Yaponiya üçün yeni təhlükəsizlik təhdidi yaranıb”- “Bloomberg”

Yaponiyanın düyü tarlalarında quraqlıq ölkə üçün yeni təhlükəsizlik təhdididir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“Onilliklər ərzində yapon istehlakçıları üstünlüyü çörək və yağa verib. Düyü və balığa isə tələb azalıb. Bu, ölkənin özünü ərzaqla təminetmə nisbətinin 1965-ci ildəki 73 faizdən 37 faizə düşməsinə səbəb olub”, – agentlik bildirib.

Kanazava Texnologiya İnstitutunun professoru Tosiyuki İto bildirib ki, hökumətin düyü əkin sahələrini inkişaf etdirməkdən imtina etməsi ölkəni həmişəkindən daha həssas edir.

“Bloomberg” qeyd edir ki, vəziyyət Yaponiya iqtisadiyyatının son aylarda ərzaq inflyasiyası ilə üzləşməsi ilə mürəkkəbləşib. Buna taxılın və yanacağın qlobal qiymətlərinin artması, həmçinin gübrə çatışmazlığı da ciddi təsir edib.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə-İsveç danışıqları dalana dirəndi

Sonrakı məqalə

Bərdədə azyaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən 3 nəfər həbs olunub