“Türkiyə hiyləgər oyunçu və NATO-nun ən mübahisəli üzvlərindən biri kimi Krımın Ukraynaya qaytarılmasını tələb etməklə iki kresloda oturmağa çalışır”.
Azpost.info xəbər verir ki, bunu “Krım Dövlət Şurası”nın sədr müavini Vladimir Bobkov deyib.
Bobkov Ankaradan gələn bu cür çağırışlara sakit yanaşmağa çağırıb. Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan və onun nümayəndəsi İbrahim Kalının bəyanatları təkcə beynəlxalq ictimaiyyətə deyil, həm də prezident seçkiləri ərəfəsində seçicilərə yönəlib.
Qeyd edək ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bugünkü açıqlamasında bildirib ki, Rusiyanın Krımı ilhaq etməsi qanunsuzdur və yarımada Ukraynanın bir hissəsi olmalıdır.
Azpost.info
