Türkiyə Müdafiə Nazirliyi 103 təqaüdçü admiralın bəyanatına etiraz etdi:“Düşməni sevindirir”

Türkiyə Müdafiə Nazirliyi təqaüddə olan 103 admiralın Bəyanatı ilə bağlı rəsmi açıqlama yayıb.

Azpost.info bildirir ki, Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, admiralların bu bəyanatı demokratiyaya ziyan olmaqla yanaşı türk silhalı qüvvələrinin şəxsi heyətinin mənəvi durumuna pis təsir edir və düşməni sevindirməkdən başqa bir işə yaramır: “Müstəqil türk istintaqının lazım olanı edəcəyinə tam inanırıq”-deyə açıqlamada vurğulanır.

Nazirliyin yazılı bəyanatında qeyd olunur ki, silahlı qüvvələr prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ölkənin daxilində və xaricində hüquq və maraqları qorumaq, regional və dünya üzə sülhə dəstək vermək, dost və qardaş ölkələrin haqlarını qorumaq üçün böyük fədakarlıq göstərilir.

“Türk silahlı qüvvələri heç bir vəzifə də məsuliyyət daşımayan şəxslərin qəzəbindən doğan şəxsi əməllərini pisləyir”.

Qeyd edək ki, Türkiyədə təqaüddə olan 103 admiral ölkədə Montrye sazişi ilə bağlı açılan müzakirələrə etiraz olaraq Bəyanat imzalayıb.  Son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rayonlar üzrə ali məktəblərə qəbul olunan qızların sayı nə qədərdir? –

Sonrakı məqalə

Hakerlər “Facebook”un sahibi Mark Zukerberqin də şəxsi məlumatlarını oğurlayıb