Türkiyə ordusu Suriyada 10 terrorçunu məhv edib

Türk Silahlı Qüvvələri Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib.

Bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, terrorla mübarizə qətiyyətlə davam edir.

“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Bütün məlum terror hədəfləri atəşə tutulub. 4 yaralımız var və onların müalicəsi davam edir. Suriyanın şimalındakı hücuma eyni şəkildə cavab verilib. 10 terrorçu zərərsizləşdirilib”, – o deyib.

Əvvəlki məqalə

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

Sonrakı məqalə

Rusiyada dərman və texnika qıtlığı yaranıb