Türkiyə ötən il Aİ ölkələrinə 20 milyardlıq avtomobil satıb

Türkiyə iqtisadiyyatının lokomotivi olan avtomobil sənayesinin məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı 2022-ci ildə 20 milyard 54 milyon 839 min dollar təşkil edib.

Azpost.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi “Uludağ” Türkiyə Avtomobil İxracatçıları Birliyinə istinadən məlumat yayıb.

Ümumilikdə, 2022-ci ildə Türkiyənin ixracatı 2021-ci ilə nisbətən 12,9 faiz artaraq 254 milyard 210 milyon dollar olub və bununla da tarixi maksimuma çatıb.

“2022-ci ildə Türkiyə avtomobil sənayesi məhsullarının ixracının həcmi əvvəlki ilə nisbətən yüzdə 5,7 artaraq 30 milyard 995 milyon 808 min dollara çatıb. Türkiyənin ixrac səbətində ikinci yerdə olan avtomobil sektoru tarixində ikinci ən yüksək ixrac rəqəminə yüksəlib. Sektor 2022-ci ildə məhsullarını 200-ə yaxın ölkəyə satıb”, – məlumatda bildirilir.

2022-ci ildə Türkiyə avtomobil məhsullarının aparıcı idxalçıları yüzdə 64,7 payla Avropa İttifaqı ölkələri olub. Bu ölkələrə satışın həcmi 2021-ci ilə nisbətən 6 faiz artaraq 20 milyard 54 milyon 839 min dollara çatıb.

Azpost.info

Əvvəlki məqalə

Astara şəhərində atəş səsləri eşidildi –

Sonrakı məqalə

Prokuror ana və iki uşağını öldürən məktəb direktoruna ömürlük həbs tələb etdi