Türkiyə parlamenti sosial şəbəkələri tənzimləyən qanunu qəbul edib

Türkiyə Böyük Millət Məclisi (TBMM) sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi AKP və MHP-dən olan millət vəkillərinin səs çoxluğu ilə qəbul edilib.

Qanuna görə, xaricdən istifadəçisi 1 milyondan çox olan hər sosial şəbəkə platformasının fəaliyyəti ilə əlaqədar Türkiyədə ən azı bir təmsilçi təyin olunacaq və həmin təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və neqativ paylaşımlara görə məsuliyyət daşıyacaq.

Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq olunacaq. Əvvəlcə 10 milyon türk lirəsindən başlayaraq 30 milyona qədər pul cəzası və sonuncu mərhələdə isə sosial şəbəkənin fəaliyyəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, qanun layihəsinin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Tovuz və Gədəbəydəki mövqelərimizi iriçaplı pulemyotlardan atəşə tutub

Sonrakı məqalə

Prezident İlham Əliyev Qobustan rayonuna səfər edib