Türkiyə Prezidenti futbol üzrə milli komanda ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli komanda ilə görüşüb.

Apasport.az saytının məlumatına görə, ölkə başçısının futbolçularla görüşü videokonfrans şəklində reallaşıb.

İclasa gənclər və idman naziri Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir və yığmanın baş məşqçisi Şenol Günəş də qatılıb. Ərdoğan koronavirus pandemiyası ilə əlaqədar Super Liqada yaranmış məcburi fasiləni vurğulayaraq, futbolçulara səslənib. Türkiyə Prezidenti ölkədəki son durumla bağlı oyunçuları məlumatlandırıb və çempionatın taleyi ilə bağlı bəzi məsləhətlər verib.

Qeyd edək ki, Türkiyə Super Liqasında mübarizə XXVI turdan sonra dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda universitetlər Ramazan ayından sonra açılacaq

Sonrakı məqalə

Azərbaycanda daha 38 nəfərdə koronavirus aşkarlanıb, 42 nəfər sağalıb